Müğənni: "Ulduzlarımızın bir paltara xərclədiyi pula mən 4 libas alıram"

Müğənni: "Ulduzlarımızın bir paltara xərclədiyi pula mən 4 libas alıram"
16:12 19 Yanvar 2015
78 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İlhamə Qasımova model olmaq sevdasına düşüb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şou-biznesin ən ucaboy xanım ifaçılarından hesab edilən İlhamə “Onlar” verilişinə açıqlamasında boyuna görə kompleks keçirmədiyini bildirib:

"Boyuma görə mənə mənfi rəylər gəlir. Amma buna görə kompleksim olmayıb. Hər bir boyda insan özü-özünün idealını yaratmalıdır. Bir vaxtlar deyirdim ki, kaş bir az da hündür olardım. Çox istəyərdim model olum. Bu peşə üçün ürəyim gedir. Ancaq 90-60-90 olmamışam, ola da bilmirəm. Mən 190-60-190 olmuşam. Model olacam deyə acından ölə bilmərəm. Boyum çox vaxt çəkimi ört-basdır edib".

İlhamə heç vaxt Bakıda alış-veriş etmədiyini deyib:

"Xaricə hara gedirəmsə, geyim alıram. Bizim ulduzlarımızın bir paltara xərclədiyi pula mən 4 libas alıram. Bir paltara 1500-2000 min manat pul xərcləmirəm, heyfim gəlir. Hazırda ayağımdakı ayaqqabımı 290 avroya, paltarımı isə Türkiyədən təxminən 240 manata almışam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR