“Çətin tanqonun başlanğıcı” - Yunanıstan və Türkiyə barışır?

Türkiyənin xarici işlər naziri Hakan Fidanın yunanıstanlı həmkarı Yorgos Yerapetritis ilə görüşü Yunanıstan mətbuatında geniş yer alıb.

Metbuat.az xəbər verir ki, “Katimerini” qəzeti görüşü “Çətin tanqonun başlanğıcı” başlığı ilə dərc edib. Qəzet, görüşün üç saat davam etdiyini və əməkdaşlıq mesajlarının verildiyini yazıb. Yunanıstanın dövlət kanalı “ERT” isə liderlər arasında məhsuldar görüşdən bəhs edib.Məlumata görə, nazirlər əməkdaşlıq barədə xəritəyə dair razılıq əldə edib.

“Ethnos” qəzeti yazır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yorgos Yerapetritisi Xarici İşlər Nazirliyinin binası qarşısında səmimiyyətlə qarşılayıb, hətta adını çağırıb, dostu kimi onunla görüşərək qucaqlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı