İndoneziyada 5,8 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələnin episentri təxminən 47,6 min nəfər əhalisi olan Amahai şəhərindən 147 km şimal-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.