Poliklinikalarda bu xidmətlər tam pulsuz olacaq

“Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən 40-a yaxın tibb müəssisəsində tam müasir avadanlıqlarla təminat işləri həyata keçirilib. Yeni avadanlıqlar sözügedən poliklinikalarda fəaliyyətə başlayıb”.

Metbuat.az bildirir ki, bu sözləri "Baku.ws"ə açıqlamasında Bakı Naş Səhiyyə Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

O əlavə edib ki, yaxın dövr ərzində yeni adavanlıqlarla təchiz edilmiş poliklinikaların say daha da artacaq:

“Ümumilikdə Bakı şəhəri üzrə 104 tibb müəssisəsi fəaliyyət göstərir. Zamanla onların hamısında həmin laboratoriyalar fəaliyyətə başlayacaq.

Bu gün TƏBİB-in nəzdində olan böyük tibb müəssisələrində hansı analizləri vermək mümkündürsə, ilkin tibbi xidmət göstərən poliklinikalarda da həmin analizləri vermək mümkün olacaq. Bu labrotariyalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”nə daxil olan 131 növ analizlərin tam və dəqiq şəkildə verilməsi real olacaq. Demək olar ki, bütün analizlər bu müəssisələrdə olacaq.

Buna görə vətəndaşlardan heç bir ödəniş tələb oluna bilməz. İşləyib-işləməməsindən, təqaüdçü və ya azyaşlı olmasından asılı olmayaraq hər kəs bu xidmətdən pulsuz istifadə edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı