Kanalizasiya qapağı qırıldı, sürücülər üçün təhlükə yarandı - FOTO / AÇIQLAMA

Sabunçu rayonu, Yeni Ramanadan Komsomol dairəsinə gedən yolda sürücülər üçün təhlükə yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Avtomobil elanlar"ı səhifəsinə şikayət daxil olub. Qeyd edilib ki, kanalizasiya qapağı qırılıb. Vətəndaşlar və sürücülər, xüsusilə də gecə saatlarında bu problemdən əziyyət çəkirlər.

Məsələ ilə bağlı "Azərsu" ASC-yə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, dəmir qapaq yenisi ilə əvəz olunacaq:

"Yoldan ağır tonlu maşınlar keçdiyinə görə, qapaq qırılıb. Yenisi ilə əvəz olunacaq".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR