İran Azərbaycanla sərhədə qoşun yığır? - AÇIQLAMA

“İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır”.

Metbuat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.

Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir:

“Nümayəndə heyəti iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüş də keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı