Rusiyanın göndərdiyi "humanitar yükün" içindəkilər - SİYAHI

Rusiyadan Xankəndiyə gedən “humanitar yardımların” siyahısı açıqlanıb.

Metbuat.az erməni KİV-nə istinadən xəbər verir ki, yük maşınında qida, yataq, gigiyena və s. vasitələr var.

Ümuilikdə isə siyahı belədir:

1.Qida dəstləri - 1000 dəst

Bir dəstə daxildir: günəbaxan yağı, şəkər, buğda unu, makaron, qarabaşaq, darı, irmik, yulaf, güveç.

2.Yataq dəsti - 270 dəst

Bir dəst daxildir: yastıq, yorğan

3. Gigiyena dəstləri - 200 dəst

Bir dəstə daxildir: diş fırçaları, sabun, termometr

4.Uşaq dəstləri - 192 dəst

Bir dəstə daxildir: Vitamin, balıq yağı, diş fırçası, uşaq püresi

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Yüklər 3 gündən sonra Xankəndiyə yola düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı