Ermənistanda qadınlar hərbi xidmətə gedəcək

Ermənistanda qadınlar könüllü olaraq 6 ay müddətinə hərbi xidmətə cəlb ediləcək.

Metbuat.az xəbər verir ki, qanuna bu barədə müvafiq dəyişiklikləri ölkənin müdafiə naziri Suren Papikyan Nazirlər Kabinetinin iclasında təqdim edib.

Nazir qeyd edib ki, qadınların orduya qəbulu cari ilin qış çağırışın zamanı həyata keçiriləcək. Hərbi xidməti başa vurduqdan sonra qadınlar 1 milyon dram (2 500 dollar) məbləğində ödəniş alacaqlar.

Həmçinin əlavə olunub ki, qadınlar hərbi xidmətə çağırış gününə qədər xidmətdən imtina etmək hüququna malik olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı