Tərtərdə ana 32 yaşlı oğlunu bıçaqladı

Tərtər rayonunda ana oğlunu bıçaqlayıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlayıb.

Ailədaxili münasibətlərin pozulması nəticəsində baş verən hadisədə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri alan N.İmanlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb. X.İmanova polis tərəfindən saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı