Daha bir xəstəxanada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirdiyi planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, aşkar edilən pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq edilib. Həmçinin nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib.

Bununla belə, müəyyən olunmuş müddətdə aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı müəyyən olunub.

Qeyd olunanları, o cümlədən radioloji fəaliyyətlə bağlı aşkarlanmış nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükəni nəzərə alaraq, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyətini dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı