Türkiyə Superliqasında 5-ci turun oyunları davam edir.
Metbuat.az xəbər verir ki, dünən daha 4 görüş keçirilib.
“Fənərbaxça” “Antalyaspor”u, “Trabzonspor” “Beşiktaş”ı məğlub edib. Səfərdə “İstanbulspor”la qarşılaşan “Başakşəhər” mövsümdə ilk qələbəsini qazanıb.
17 sentyabr
"Fənərbaxça" – "Antalyaspor" - 3:2
Qollar: Dzeko, 45+1. İ.C.Kahveçi, 56. Şimanski, 80 – Buksa, 31; 64.
"İstanbulspor" – "Başakşəhər" - 0:2
Qollar: Pelkas, 52. Fiqeyredo, 90.
"Alanyaspor" – "Kasımpaşa" - 3:3
Qollar: Kordova, 18. Novais, 24; 51 – Fall, 45+2. A.Kara, 79. Ben Uanes, 87.
"Trabzonspor" – "Beşiktaş" - 3:0
Qollar: Onuaçu, 29. Bakasetas, 41. Vişça, 61.