Rusiya XİN Ermənistan və Azərbaycana çağırış etdi

Rusiya Federasiyası Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşviş içərisindədir.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

    Mariya Zaxarova tərəfləri diplomatik nizamlanmaya çağırıb.

    O qeyd edib ki, Rusiya sülhməramlı kontingenti Qarabağdakı vəziyyəti nəzərə alaraq üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir: “Rusiya o mövqedən çıxış edir ki, Qarabağdakı Rusiya sülhməramlılarının təhlükəsizliyi bütün tərəflər tərəfindən təmin olunacaq”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı