Geyiminə müdaxiləni sevməyən aparıcı – fotolar

Geyiminə müdaxiləni sevməyən aparıcı – fotolar
16:26 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aparıcı Alidə Mustafayeva uzun ətəklərə üstünük verir.

Axşam.az-ın məlumatına görə, geyim tərzindən danışan aparıcı libaslarına görə ona müdaxilə edilməsini sevmir:

“Libas seçərkən ilk növbədə onun mənə yaraşmasına fikir verirəm. Geyim məsələsində kiminsə məni mühakimə etməsinə imkan yaratmıram. Qısa ətəklərdən çox istifadə etmirəm. Amma başqalarını da geyiminə görə əxlaq tərəzisinə qoymuram. Yaxşı geyinmək bir fərasətdir. Son vaxtlar Bakı küçələrində insanların yaxşı geyindiklərini görəndə sevinirəm. “Street fashion” yaxşılaşıb. Gözəl geyimi pula bağlayanlarla razı deyiləm. Az pulla da zövqlü geyinmək olur. Son vaxtlar insanlarda individuallıq, yaradıcı yanaşma axtarıram. Brend geyimlərə üstünlük verməkdənsə, öz stilini yaratmaq yaxşıdır. Geyim əhval-ruhiyyəmə təsir edir. Libasımda nəsə çatışmazlıq olanda özümü tənzimləyə bilmirəm”.

Foto: Niko ABBASOV









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR