Yevlaxda Azərbaycanı təmsil edən şəxslə bağlı MARAQLI FAKT

Yevlaxda Azərbaycanın rəsmi nümayəndələri ilə erməni icmasının görüşü yaxın saatlarda baş tutacaq.

Metbuat.az xəbər verir ki, danışıqlarda Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edəcək.

Maraqlıdır ki, Ramin Məmmədovun özü də Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.

2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı