Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib:

"Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşür, bu faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk".