Şəhid xəbəri yayılmışdı, 3 gün sonra sağ tapıldı - FOTO

Qarabağda antiterror tədbiri zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev 3 gün sonra ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhid xəbəri yayıldığı üçün kənd camaatı, onu tanıyan hər kəs hərbiçimizin evinə toplaşıb.

Artıq yaralı hərbçimiz həmin ərazidən təxliyə edilib.

Qeyd edək ki, əslən Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayevin 2 qızı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı