Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?

Antiterror tədbirləri zamanı gözündən yaralanan, lakin buna baxmayaraq qəhrəmanlıqla vuruşan Ceyhun Quliyevin videosu qısa zamanda nəinki Azərbaycan, hətta Türkiyə mediasında da geniş yayılıb.

Metbuat.az xəbər verir ki, hazırda onun vəziyyəti yaxşıdır. Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qazimiz Quliyev Ceyhun Rafiq oğlu Salyan rayonunun Xalac kəndində doğulub:

"2012-2015-ci illərdə ildə C. Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Subaydır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror əməliyyatı başlayan gündən qanunsuz erməni silahlı dəstələrinə qarşı döyüşə qatılıb. Ceyhun Quliyev hazırda müalicə alır. Gözündən, qolundan, sinəsindən və ayağından çox saylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb".

O bildirib ki, hazırda dumanlı görürəm, amma həkimlər deyib ki, müalicə davam etdikcə yaxşılaşacaq:

"Get-gedə daha yaxşı görəcəm. Vətənim Azərbaycanın hər zaman təhlükəsizliyini qorumağa hazıram" dedi. Sonda onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edərək “Elyar bəy sizdən xahişim olacaq, mənimlə maraqlanan bütün ataların, anaların, bacıların, qardaşların əllərindən öpürəm, onlara salamlarımı, sevgilərimi və sayqılarımı çatdırıram. Allah sizi var eləsin. Var olun".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı