Xankəndidə mülki əhali qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.
Metbuat.az bildirir ki, "Caliber" məlumat yayıb:
"Hərbi mənbələrdən aldığımız məlumata görə, hazırda erməni əsilli mülki şəxslərin böyük bir qrupu Xankəndini tərk edərək, Ermənistana getmək istəyir. Daxil olan müraciətləri nəzərə alaraq, Azərbaycan tərəfi bu məqsədlə təhlükəsiz dəhliz yaradıb. Lakin Xankəndinin daxilində qalan qanunsuz rejimin rəhbərlərinin nəzarətində olan qeyri-qanuni silahlı birləşmələr bu insanları girov saxlayırlar. Onlar qorxurlar ki, mülki əhalinin şəhəri tərk etməsi rejimin son ləğvinə və onun liderlərinin həbsinə gətirib çıxaracaq".