Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Ermənistan NK-nın məlumatına görə, saat 06:00-a olan məlumata görə, Qarabağın 2906 sakini Ermənistana daxil olub.
Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.