Hakimliyə namizədlərlə fərdi söhbərlər aparılıb

Yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

Məhkəmə Hüquq Şurasından Metbuat.az-a verilən məlumata görə, sentyabrın 28-də İnam Kərimovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb. Müsabiqəni uğurla başa vurmuş hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Məhkəmə-Hüquq Şurasının üzvləri çıxış edərək böyük əksəriyyəti gənc nəsil hüquqşünaslardan ibarət olan həmin namizədlərin müxtəlif hüquq sahələrində çalışdıqlarını və gələcəkdə onların ədalət mühakiməsinin və məhkəmə sisteminin inkişafında öz töhvələrini verəcəklərinə əminliklərini bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı