Azərbaycanda son 1 həftədə COVID-19-a yoluxan və ölənlərin SAYI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (25.09.2023-01.10.2023) 380 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 189 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, 10 332 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

Ölkədə son həftə ərzində 3 856, hazırkı dövrədək isə 7 688 073 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı