Bakının bu ərazilərində bina qalmayacaq - AÇIQLAMA

Bakıda ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal, Səbail rayonlarındadır. Qəzalı, istismar müddətini başa vurmuş binaların söküntüsü başlasa bu rayonlardakı əksər binalar söküləcək.

Metbuat.az xəbər verir ki, bu sözləri əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, ölkə üzrə ən pis şəhərsalma Bakı şəhərindədir.

“Bakı ətrafı boş qalıb, içərilər isə həddən artıq yüklənib. Bakıda həddindən artıq istismar müddətini başa vurmuş qəzalı bina var. Bu binaların söküntüsü başlasa Bakının mərkəzi rayonlarının əksər binaları sökülməlidir. Hazırda ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov,Yasamal, Səbail rayonlarındadır.

Bu rayonlarda həm istismar müddəti bitmiş, həm dəm plansız şəkildə inşa edilmiş yeni hündürmərtəbəli binalar çoxdur. Bu rayonlarda hətta bəzi yerlərdə qəzalı bina ilə yeni inşa edilən bina o qədər yaxındır ki, qəzalı binaya bir şey olacağı təqdirdə yanındakı yeni binada ziyan görəcək. Qəzalı binaların sökülməsi ilə bağlı qərar verilsə qeyd etdiyim rayonlarda əksər binalar söküləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR