Bakıda 20 yaşlı ana körpəsini buna görə öldürübmüş - TƏFƏRRÜAT

Hövsanda 20 yaşlı ananın övladını zəhərləyərək öldürməsinin təfərrüatları məlum olub.

Metbuat.az "Baku.ws"ə istinadən xəbər verir ki, o, övladının südünə hidrogen peroksid tökərək həyatına son qoymaq istəyib.

“Uşağa südü verib çıxıb çölə ki, ölməyini görməsin. Qayıdanda görüb ki, uşaq ölməyib, hərəkət edir. Daha sonra yastığı ağzına basıb öldürüb”.

Məlum olub ki, Nərgiz Bağıyeva sərbəst hərəkət etməsi, kişilərlə münasibət saxlamasına mane olduğu üçün uşağını öldürmək qərarına gəlib. O azyaşlının yeməyinə zəhər qatıb. Uşağın ölməsi üçün evdən çıxıb gedib. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda uşağın ağzından köpük gəlsə də ölmədiyini görüb. Bundan sonra o, onu boğaraq öldürüb.

Qeyd edək ki, N.Bağıyeva uşaq evində böyüyb. O, qətlə yetirməkdə təqsirkar bilindiyi oğlunu Ziya adlı şəxsdən nigahdan dünyaya gətirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı