Dəsmalla hepatit və SPİD keçə bilərmi? - AÇIQLAMA

Sifilis, QİÇS və hepatit kimi ağır infeksiyaların məişət əşyaları ilə keçməsi məsələsi həmişə müzakirə olunub.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, ginekoloq Yuliya Frankeviç hamam ləvazimatları və dəsmalla infeksiyanın rahat keçə biləcəyini açıqlayıb.

“Cinsi yolla və qanla ötürülən QİÇS, sifilis, hepatit və s. xəstəliklər məişət yolu ilə, dəsmal və yataq örtüyü ilə keçə bilməsi tamamilə mümkündür. Adi herpes xəstə ilə öpüşdən sonra keçə bilər.

Eləcə də sterilizasiya olmayan manikür alətləri, tibbi alətlərdən də hepatitlər və QİÇS keçir.

Sifilis əşya və dəsmalla daha real şəkildə yoluxur.

Diş fırçası, ülgüc, hamam süngəri kimi gigiyena vasitələri real yoluxucu mənbəyidir.

Bu əşyalarla sifilis, hepatit, trixomoniaz keçə bilər. Ona görə başqasının əşyalarından istifadə etməyin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı