"İlk görüşdə bir-birimizi o qədər bəyəndik ki..." - Şəhid xanımı

"2011-ci ilin 21 mayında tanış olmuşduq. İlk görüşdə bir-birimizi o qədər bəyənmişdik ki. Film kimi yəni... Bir-birimizə aşiq olmuşduq. Cəmi 2 ay sonra toyumuzu təyin etdik... Çox yaxşı insan idi, yoldaş idi, ata idi. O evdə olanda elə bilirdim nəfəs alıram, hər şey yaxşıdır, mənə heç nə ola bilməz. Bəzən gecə növbəsində qalırdı, elə bil evdə nəsə çatmırdı. Həmişə deyirdim ki, mən sənsiz nəfəs ala bilmərəm. Artıq 26 gündür ki, nəfəs alıram... Allah yəqin ki, bunun səbrini verirmiş. Biz 12 il evli olduq, bu illər ərzidə o qədər şey yaşadıq, şirinli-acılı... Evlənəndə deyilən kimi, "kasıblıqda, varlılıqda, sağlıqda, xəstəlikdə...” Biz hər şeyi yaşadıq. İnanın, bir az başım ağrıyan kimi başımda pərvanə olurdu. Elə bil üstümdə əsirdi ki, mənə bir şey olar...”

Metbuat.az "Qafqazinfo"ya istinadən bildirir ki, bu sözləri şəhid Rasim Məmmədovun xanımı Nigar Məmmədova deyib. Həyat yoldaşının şəhid xəbərini ona deməyə heç kəs ürək eləməyib. Əvvəlcə yaralı olduğunu söyləyiblər:

“Səhərə qədər dua elədim ki, təki sağ olsun. Ayağı olmasın, əli olmasın. Ona ayaq da olaram, əl də olaram. Ən azı nəfəsi olsun...

...Evdə hər yerdə işıqları yandırıram, amma ev işıqlanmır. Bütün pəncərələri açıram, elə bil hava yoxdur. O yoxdur deyə elə bil heç nə yoxdur, bu evin hər şeyi o imiş, nəfəsi o imiş... 12 illik həyatımızda, bəlkə də, həyatımın sonuna qədər yaşaya biləcəyim ən gözəl həyatı yaşatdı mənə. Bizim bu dördbucağımız yəqin ki, mənim də ömrümün axırına qədər gedəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı