2030-cu ilə qədər meşəsalma işlərinə sərf ediləcək vəsait AÇIQLANDI

2030-cu ilə qədər meşəbərpa və meşəsalma işlərinin aparılmasına 891,980.00 manat vəsait sərf ediləcək.

Metbuat.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə dövlət büdcəsində nəzərdə tutulan vəsaitin DİM-lərlə uyğunluğu cədvəlində əksini tapıb.

Qeyd olunub ki, bu, səhralaşma ilə mübarizə aparmaq, korlanmış sahə və torpaqları, o cümlədən səhralaşmaya, quraqlığa və daşqınlara məruz qalmış sahələri bərpa etmək və torpaq korlanmasına qarşı neytral dünyaya nail olmağa çalışmaq məqsədilə həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı