Şəhid ailəsi və müharibə əlillərinə veriləcək evlərin sayı AÇIQLANDI

"Bu ilin sonunadək şəhid ailəsi və müharibə ilə əlaqədar əlliliyi olan 1500 nəfər şəxs fərdi evlər və mənzillərlə təmin olunacaq".

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, postmüharibə dövründən sonra Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun mənzil proqramları 5 dəfə genişləndirilib: "Cari ildə 850 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər fərdi evlərlə və mənzillərlə təmin olunub. Bu ilin sonuna qədər ən azı bu kateqoriyadan olan 1500 nəfər şəxsə fərdi evlər və mənzillər təqdim olunacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR