Bakıda AĞIR QƏZA - Ölənlər var

Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, qəza Sabunçu rayonu Pirşağı-Mədəmmədi yolunda qeyd alınıb. Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün "qovma şousu" onlardan birinin qarşı yola çıxması ilə nətilənib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.

Şahidlərin dediyinə görə iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR