FHN Cəlilabaddakı hadisə ilə bağlı məlumat yaydı - FOTO

Cəlilabadda piyada keçidinin yola aşmış hissələri kəsilib, hərəkət bərpa olunub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən yerüstü piyada keçidinin yola aşmış hissələri kəsilib kənarlaşdırılaraq. Yolda sərbəst hərəkət bərpa olunub.

Qeyd edək ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Yük avtomobili yeni istifadəyə verilən keçidə çırpılıb, yolda məhdudiyyət yaranıb, nəticədə keçid sıradan çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı