Ağsuda yük avtomobili aşması nəticəsində sürücü ölüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində “”Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Məmmədov Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.