Bu şəxslərə ödənilən müavinətlər artdı - 345 manat ala bilərlər

2024-cü ildə işsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərclərinin 238 milyon manat olacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 faiz çoxdur. Belə ki, işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlir və xərcləri bərabər olaraq 217,6 milyon manat təsdiq edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 230,5 min nəfər olub, onların 37,4 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,3 manat olub.

2023-cü il sentyabr ayının 1-i vəziyyətinə isə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 235,9 min nəfər olub, onların 35,4 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 418,4 manat olub.

Qeyd edək ki, minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı