Gəncədə nənənin küçəyə atdığı körpələrin vəziyyəti açıqlandı

16.06.2023 təvəllüdlü Cəlilova Mələk Həsən qızı və 05.04.2021 təvəllüdlü Cəlilov Miryusif Həsən oğlu 26.10.2023 cü ildə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. O qeyd edib ki, azyaşlı bacı-qardaşa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və intensiv terapiya şöbəsinə qəbul olunub:

"Onların vəziyyəti orta ağırdır. Hər iki xəstənin müayinə və müalicələri davam etdirilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı