BMT nümayəndəsi Qəzzadakı hadisələrə görə istefa verdi

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Nyu-York ofisinin direktoru Kreyq Mokhiber BMT-nin Qəzzada uğursuzluğa düçar olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, o bu barədə Ali Komissar Volker Turke yazdığı məktubda qeyd edib. Kreyq Mokhiber Qəzzada baş verənlərin soyqırım olduğunu və BMT-nin uğursuzluğa düçar olduğunu bildirib. Vəzifəsini tərk edəcəyini vurğulayan Mokhiber,"Biz bir daha soyqırımın gözlərimiz önündə baş verdiyini görürük və xidmət etdiyimiz BMT bunu dayandırmaqda aciz görünür" deyə bildirib.

O, ABŞ, Böyük Britaniya və Qərb ölkələrini bu soyqırımı dəstəkləməkdə ittiham edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı