Elektron resept ölkə ərazisində bu tarixdən tətbiq olunacaq

Dərman vasitələri haqqında qanuna düzəlişə uyğun olaraq, ölkəmizə yalnız yüksək keyfiyyətli etibarlı mənbələrdən və etibarlı istehsalatlarda istehsal olunan dərman vasitələri daxil ola biləcək.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

O eyni zamanda, qeyd edib ki, elektron resept də hazırdır, pilot layihə şəklində bir neçə xəstəxana və ambulator tipli müəssisələrdə tətbiqinə başlanılıb:

"Ümidvaram ki, yanvarın 1-dən elektron resept bütün ölkə ərazisində tətbiq olunacaq. Bununla bağlı dekabr ayında böyük tədbir planlaşdırılır. Həmin tədbirdə ictimaiyyətə elektron reseptin həm tibb işçiləri, həm əczaçılar, həm də ictimaiyyət üçün necə faydalı olduğu izah olunacaq və tətbiqdən istifadə yolları açıqlanacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı