Antiterror tədbirlərində şəhid olanların ailələri və yaralananlar üçün görülən işlər açıqlandı

Artıq antiterror tədbirlərində şəhid olanların ailələrinə Prezidentin aylıq təqaüdünün təyin olunması tam yekunlaşıb, digər sosial ödənişlərin təyinatı və ödənilməsi prosesi isə böyük hissəsi icra olunmaqla davam etdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlik antiterror tədbirlərin nəticəsində şəhid olan və xəsarət alan hərbi qulluqçularla bağlı sosial dəstək tədbirlərinə dərhal başlayıb, hazırda da təxirəsalınmaz şəkildə davam edir: “Həmçinin döyüşlərdə xəsarət almış hərbi qulluqçulara da dövlət icbari şəxsi sığorta üzrə ödənişlərin edilməsi təmin olunur”.

Nazirlikdən bildirilib ki, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mənzil və fərdi evlərlə, avtomobillərlə təminatı, həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlər qanunvericiliyə uyğun olaraq aparılacaq.

Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. Eyni zamanda 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı