Kondisionerin təsirindən xəstələnməmək üçün bunu edin

"Yay mövsümündə insanlar isti küçədən kondisioner işləyən otağa keçəndə zökəm (soyuqdəymə) riski ilə üzləşə bilərlər".

Rusiyalı terapevt Tatyana Romanenko "Sputnik" radiosuna verdiyi müsahibədə bu barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, temperaturun qəfil dəyişməsinə imkan vermək olmaz. Xüsusilə otaqdakı və ya avtomobildəki havanı tədricən soyutmaq lazımdır və çöldəki hava ilə temperatur aralığı 6-8 dərəcədən çox olmamalıdır.

Bundan əlavə, Romanenko kondisionerin düzgün quraşdırılmasının vacibliyini də vurğulayıb. Həkim bildirib ki, kondisioner birbaşa insanın başının üstündə olmamalı və sərin havanı birbaşa ona vurmamalıdır.

Cihazla insan arasında məsafə 1.5-2 metr olmalıdır.

Mütəxəssis qeyd edib ki, kondisionerdə toz və bakteriyanın yığılmasının qarşısını almaq üçün filtrlər daim təmizlənməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı