Ekspertdən blogerlərə kəskin irad: "Elə bilirlər ki, bədənlərini..."

"Azərbaycanda Instagram blogerləri elə bilir ki, bədənlərini, yeyib-içib geyindiklərini çəkmək məzmundur. 10 influenserdən 8-i bu işlə məşğuldur. Profillərə baxırsan, hamısının fəaliyyəti bir-birinə bənzəyir. Bahalı restoranlar, fırlanan qızı kamera yaxınlaşdırır, kadr dəyişir, qız gülür və ayağını qaldırır. Bu tipli məzmunlar da təkrarlanır. Bunun fonunda sağlam həyat tərzi göstərişi (sadəcə göstəriş edənlər), uçan yoqa ilə məşğul olmaq (istisnalar var), məsləhətlər, üz kremləri".

Metbuat.az-ın məlumatına görə, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

Ekspert infsluenserlərin iş strategiyasını tənqid edərək bildirib ki, onların şəxsi profillərinə baxanda nə işlə məşğul olduqlarını anlamırsan.

Elə ancaq davamlı istehlak edir nəyisə. Ortaq cəhət çoxunun xanım, baxımlı və gözəl olmalarıdır. 100 000-lərlə izləyici də o blogerləri məsləhətləri üçün izləmir.

Brendlər artıq ənənəvi medianı kənara atıb, blogerləri tədbirlərinə dəvət edir. Çünki bir blogerin tədbirdən dodaqlarını büzüb paylaşması daha çox layk gətirir, nəinki məzmun. Amma brendlər anlamır ki, hədəf kütlələri onları izləyənlər deyil. Onlara tədbir və məhsul yox, bədən və görünüş maraqlıdır. Bunu qlobalda çox yaxşı bir ifadə ilə təsvir edirlər: "Sex Sells"".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı