Türkiyənin Azərbaycandakı səfirliyi 8 noyabr-Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib.
"Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini hörmətlə yad edir, qazilərə şəfa diləyirik. Zəfər Günün mübarək olsun, Azərbaycan!".