Ağsuda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, ilkin məlumata əsasən, “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir. Qəza ilə bağlı əlavə məlumat veriləcək.

Baş vermiş hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR