Azərbaycanda ağır qəza: Xeyli yaralı var - ADLAR

Ağsuda “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

Metbuat.az xəbər verir ki, hadisə Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri, o cümlədən üçü azyaşlı olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

Zərərçəkmişlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

***

Ağsuda baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.

Bunlar Ağsu sakinləri, “VAZ 2107”nin sürücüsü 32 yaşlı Abdıyev Malik Səlim oğlu və hər iki maşının sərnişinləri 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyeva Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR