Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində “ağrı kəsici” olaraq xatırlanan qızılgül yağının bir çox faydaları var.
Metbuat.az saglamolun.az-a istinadən qızılgül yağının unikal faydalarını təqdim edir:
- Qızılgül yağı aromaterapiyada ən məşhur məhsullardan biridir. Xoş qoxusunun yanında stressi aradan qaldırdığı və insanları daha dinc hiss etdirdiyi üçün tez-tez seçilir.
- Qəbizlik problemində gül yağından istifadə etmək olar. Qəbizlik yaşanarsa, qarın əzələlərinə gül yağı ilə masaj edilərək bağırsaqlar rahatlaşır.
- Xoş qoxusu ilə qızılgül təkcə stressə deyil, həm də ağız qoxusuna yaxşı gəlir. Gül yağı ağız baxımında istifadə oluna bilər və daha təravətli nəfəs təmin edir.
- Gül yağı qoxusu sayəsində özünüzü daha dinc və sakit hiss edirsiniz. Nəfəs almağı tənzimləyir və astma kimi tənəffüs xəstəliklərinin müalicəsində kömək edir.
- Gül yağı saç üçün faydalı olduğu kimi dəri və üz üçün də faydalıdır. Saç maskalarına, şampunlara və kremlərə əlavə edilən qızılgül yağı tərkibindəki vitaminlər sayəsində saçları nəmləndirir və daha parlaq edir.
- Gül yağının dəri üçün bir çox faydası var. Makiyajı təmizləyərkən təmizləyicinin içinə bir neçə damcı gül yağı damlatmaq makiyajın dəridən daha asan çıxmasına və dərinin zədələnmədən təmizlənməsinə imkan verir. Makiyaj təmizliyi zamanı dəridə əmələ gələn kir və yağı da zədələmədən təmizləyir.
- Gül yağının üz üçün faydaları arasında ləkələr də var. Günəşin dəridə buraxdığı ləkələrin görünüşünü açır və müntəzəm istifadə ilə azaldır.
- Gül yağı bu hormonu stimullaşdıraraq insanı daha yaxşı və xoşbəxt hiss etdirir. Ağrı və əzabları aradan qaldırdığı üçün tez-tez üstünlük verilir.
- Dəridəki yaralara yaxşı gəlir.
- Tərkibindəki vitaminlər hüceyrələrin bərpasını dəstəkləyir.
- Ekzema və yaraların dəriyə təsirini yaxşılaşdırır.
- Qızılgül yağı ilə masaj qan dövranını sürətləndirir.
- Xüsusilə dirsəkləri və dabanları qurutmaq üçün yaxşıdır, dərini nəmləndirir.
- Dəridəki çatlara yaxşı gəlir.
- Saçların kəpəyinə qarşı təsirlidir. Saçları nəmləndirir və kəpəyi azaldır.
- Aybaşı ağrılarına yaxşı gəlir.
- Stress və narahatlığı azaldır, daha yaxşı əhval-ruhiyyə təmin edir.
- Antibakterial xüsusiyyətlərə malikdir, mikroblara qarşı təsirlidir.
- Afrodiziak təsirə malikdir, cinsi həvəsi artırır.
- Depressiyanın müalicəsində əlavə olaraq istifadə edilə bilər.