XİN başçısı ICESCO-nun baş direktoru ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində ICESCO-nun baş direktoru Salim Əl Məliklə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyini və mədəniyyətlərarası tolerantlığın və dialoqun təşviqi üzrə birgə layihələri müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR