Sənədsiz evlərdə yaşayanların nəzərinə: Yenilik olacaq! - VİDEO

Mənzilə çıxarış almaq asanlaşacaq.

Metbuat.az xezerxeber.az-a istinadla xəbər verir ki, bu məqsədlə "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradılacaq.

Əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.

Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən sonra isətələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər.

Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yenin sistemin yaradılmasında əsas məqsədlərdən biri isə, vətəndaş məmur ünsiyyətini minimuma endirməkdir.

Qeyd edək ki Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı