Bakıda iki marşrut xəttinin hərəkət sxemi dəyişib

Bakı şəhərində 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, sərnişinlərdən daxil olan çoxlu müraciət nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi metronun “Elmlər Akademiyası” stansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

Bundan başqa, 4 nömrəli müntəzəm marşrutun istismarı isə “BakuBus” MMC-yə həvalə edilib. Həmçinin bu marşrutun da hərəkət istiqaməti dəyişdirilərək “Bakı Ağ Şəhər” yaşayış sahəsinə yönləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı