Xolesterini dərmansız aşağı salan 3 sadə üsul

Xolesterinin orqanizmdə yüksək səviyyədə olması ürək və damar xəstəliklərinin ilk risk faktorudur.

Xolesterin damarların divarlarında yığılaraq onların elastikliyini pozur, daraldır, zəif və kövrək edir, damarların partlaması riskini artır ki, bu da infarkt və insultun inkişafına səbəb ola bilər.

Rusiyanın Pyatiqorsk farmasevtik akademiyasının müəllimi, biologiya elmləri doktoru professor Valeriy Məlik-Hüseynov Komsomolskaya Pravda-ya müsahibədə qanda xolesterinin səviyyəsini azaldan təbii vasitələri haqqında məlumat verib.

Metbuat.az saglamolun.az-a istinadən bu vasitələri təqdim edir:

1. Yemişan dəmləməsi

2 x.q. yemişan xırdalanır, üzərizə 1,5 stəkan isti su əlavə olunur, 1 saat dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) süzülür və sonra gündə 3 dəfə yarım stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir.

2. Qara qarağat yarpaqlarının dəmləməsi

2 x.q. xırda doğranmış qara qarağat yarpaqlarının üzərinə 1 stəkan isti su tökün, 1 saat dəmləyin, süzün, gün ərzində 2-3 dəfə yarım stəkan olmaqla için.

3. Şüyüd toxumu dəmləməsi

1 x.q. şüyüd toxumunun üzərinə 1,5 stəkan isti su tökün, 1 saat ərzində dəmləyin, süzün, gün ərzində yarım stəkan olmaqla için.

Bundan əlavə xolesterinin səviyyəsini aşağı salmaq üçün professor Məlik-Hüseynov artıq çəkidən azad olmağı, siqaret çəkməkdən imtina etməyi, hərəkətli olmağı, sağlam qidalanmağı tövsiyə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı