Hacıqabul rayonunda yol qəzası baş verib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Məlumata əsasən, qəza nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.