Köhnə avtomobili olanların nəzərinə: Bu şərtlərlə əvəzinə pul verilə bilər

Azərbaycanda avtomobil parkının təqribən 55-60 faizini köhnə avtomobillər, yəni istismar müddəti 15 il və ondan çox olan avtomobilər təşkil edir.

2018-ci ildə dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulmuşdu.

Utilizasiya proqramının həyata keçirilməsi mexanizmləri barədə Metbuat.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, hazırda bu məqsədlə utilizasiya fondumuz yaradılır:


“Layihəyə başlamaq üçün utilizasiya sənayesi yaradılmalıdır. Köhnə avtomobilləri utilizasiyaya göndərən zaman söküntüdən geridə qalanrezin, dəmir, plastmas, şüşə məmulatları təkrar emala göndərmək ya da həmin məhsulları xaricə satmaq olar. Bu məsələlər həllini tapdıqdan sonra utilizasiya proqramını uğurlu formada həyata keçirə bilərik”.

Azərbaycanda hələ də köhnə avtomobillərə marağın ciddi olduğunu qeyd edən ekspert vurğuladı ki, bu gün yeni avtomobillər almaq vətəndaşlar üçün o qədər də əlçatan deyil:

“2015-2016-cı illərdəmanatın devalvasiyasından sonra 19000 manata olan avtomobillərin qiyməti 35000 min manata qədər qalxdı. Ona görə də bir çoxları köhnə avtomobil almağa, sürməyə məcburdur. Utilizasiya proqramı da köhnə avtomobilləri əhatə edir. İndi düşündürən suallardan biri də odur ki, biz köhnə avtomobilin əvəzində vətəndaşa yeni avtomobil verə biləcəyikmi? Düşünürəm ki, həmin avtomobillərin məcburi utilizasiyası proqramı da ola bilər. Bu zaman vətəndaşa müəyyən məbləğdə nağd pul verilə bilər”.

Eldəniz Cəfərli qeyd etdi ki, könüllü olaraq həyata keçirilməsi nəzərdə tutulan proqramın effektiv nəticə verməsi üçün stimullaşdırıcı addımlar atılmasına ehtiyac var.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı