Hacıqabulda bələdiyyə sədri cəzalandırıldı

Hacıqabulda bələdiyyə sədri məsuliyyətə cəlb edilib.

Metbuat.az xəbər verir ki, Hacıqabul RPŞ-nin və ETSN-nin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Talış kəndi ərazisində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.

Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən kənd bələdiyyəsinin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı