Ağsuda qanunsuz kömür istehsal edən şəxslərə protokol tərtib olundu

Ağsu Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Nuran kəndində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qanunsuz kömür istehsal edən şəxslərin kimliyi müəyyən olunub və onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı