İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır

İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır, amma bu gün ana və uşaqlar arasında böyük tələfat verən xəstəliklər var ki, icbari sığortadan kənardadır.

Metbuat.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, bu gün nə qədər analar döş xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir.

"Onkoloji dərmanların nə qədər bahalı olduğunu yaxşı bilirsiniz. Bu istiqamətdə danışıqlar aparılıb. Amma yaxşı olardı ki, proses sürətləndirilsin", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı